Qarabağın minalanmış əraziləri - VİDEO

Rusiya KİV: Ermənistan əbəs yerə yüz milyonlarla dollar xərcləyib
Avtosfer.az Real TV-yə istinadən bildirir ki, Qarabağ müharibəsinin başa çatmasından artıq 4 aya yaxındır ki, vaxt keçib. Müharibə zamanı Azərbaycan silahlı qüvvələrinin hücumlarını dayandırmaq iqtidarında olmayan Ermənistan ağır şərtlər altında atəşkəs bəyannaməsi imzalamağa məcbur oldu. Həmin vaxtdan etibarən regionda atəşkəs rejimi hökm sürür.
Lakin silahların sussa da, münaqişə zonasında hərbçilərin və mülki şəxlərin ölüm halları davam edir.
Buna səbəb isə Qarabağın, demək olar ki, hər tərəfində minalanmış ərazilərin olmasıdır.
Atəşkəs bəyanatından sonra minaya düşərək ölən insanların sayı artıq 50-ə çatıb. Onların arasında rusiyalı sülhməramlı hərbçi də var.
İndi praktiki olaraq Qarabağın bütün bölgəsində minadan təmizləmə işləri gedir. Prosesə Azərbaycan hərbçiləri ilə yanaşı, Rusiya və türkiyəli istehkamçılar da cəlb edilib.
Azərbaycanın nəzarəti altına keçən ərazilərdə minalama işləri hələ birinci Qarabağ müharibəsi dövründən aparılıb.
Minadan təmizlənmə uzunmüddətli və resurs tələb edən bir prosesdir. Atəşkəsdən sonra bu istiqamətdə görülən işlər nəticəsində 27 kvadrat kilometr ərazi minadan təmizlənib. Bu ərazilərdə 40 min ədəd partlamamış mina tapılıb. Həmin sursatın ümumi dəyəri 3 milyon dollara çatır.
Ekspertlər Qarabağda mövcud mina sayının 4.5 milyona yaxın olduğunu ehtimal edir. Bu həcmdə sursatın ümumi dəyəri isə, təxminən, 340 milyon dollardır.
Məlum olur ki, Ermənistan işğal illər ərzində Azərbaycan torpaqlarının minalanması fəaliyyətinə 2020-ci il hərbi büdcəsinin 50 faizini xərcləyib. Lakin ötənilki müharibə bu xərclərin mənasız olduğunu göstərdi.
Ermənistanın minalama prosesinə sərf etdiyi həddən artıq enerjisi belə ona müharibədə mütləq hava hakimiyyətinə malik olan Azərbaycan ordusu qarşısında işğal etdiyi ərazilərə nəzarəti əldə saxlamağa imkan vermədi.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












