Bakıda buzlu yollarda yıxılanların sayı 39 oldu - YENİLƏNİB

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası xəbər verir ki, saat 18:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 39 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan üçünə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.
16:09
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından sorğunuza cavab olaraq bildirilib ki, bu gün saat 15:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.
12:40
Bakıda daha dörd nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bu gün saat 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar ümumilikdə dördü kişi, səkkizi qadın olmaqla 12 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Yaralılar xəstəxanaya yerləşdiriliblər”.
11:05
Bu gün saat 10:00-a qədər olan məlumata görə qarlı hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.
Qeyd olunub ki, yaralılardan birinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












