Qazaxıstan təyyarəsi Bakıya məcburi eniş etdi - YENİLƏNİB

Qazaxıstanın "Air Astana" aviaşirkəti onlara məxsus olan sərnişin təyyarəsinin Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş etməsi ilə bağlı açıqlama yayıb.
Avtosfer.az xəbər verir ki, məlumat aviaşirkətin saytında dərc edilib.
"Martın 23-də "Air Astana" aviaşirkətinin Tbilisi-Almatı marşrutu ilə hərəkət edən 140 saylı gecə reysi sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Bakı şəhərinin hava limanına məcburi eniş edib.
O, təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.
Ekipajın iş saatı başa çatdığından, uçuş martın 24-ü yerli vaxtla saat 13:40-a qədər təxirə salınıb.
Sərnişinlər gecələmək üçün otelə yerləşdiriliblər, qida ilə təmin olunublar", - "Air Astana" aviaşirkətinin yaydığı açıqlamada qeyd olunub.
***09:11
Qazaxıstan aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.
Bu barədə Avtosfer.az-a hava limanının mətbuat xidmətindən bildirilib.
“Air Astana” aviaşirkətinin Tbilisi – Almatı marşrutu üzrə uçuş yerinə yetirən Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub”, – məlumatda qeyd olunub.
Bildirilib ki, müraciətdən dərhal sonra böhran idarəetmə komandası səfərbər edilib, yerüstü xidmətlər operativ şəkildə koordinasiya olunub və bütün təhlükəsizlik tədbirləri görülüb. Təyyarənin yerli vaxtla 00:25-də uğurla eniş etdiyi açıqlanıb.
“Sərnişinə dərhal tibbi yardım göstərilib və o, daha ətraflı müayinə üçün təcili yardım briqadasına təhvil verilərək şəhər xəstəxanalarından birinə çatdırılıb”, – hava limanı vurğulayıb.
Eyni zamanda, “Air Astana” aviaşirkətinin qərarı ilə reysin təyinat nöqtəsinə yola salınması təxirə salındığı, digər sərnişinlərin hotelə yerləşdirildiyi diqqətə çatdırılıb.
“Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik və peşəkar reaksiya vermək, sərnişinlərin təhlükəsizliyini ən yüksək standartlarla təmin etmək öhdəliyini davam etdirir”, – mətbuat xidməti qeyd edib.
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












