Qazilərimizə Milli Paralimpiya Komitəsindən müraciət

“Döyüş meydanında zəfər qazanmış qazilərimiz bundan sonrada idman arenalarında öz qələbələri ilə Azərbaycan xalqını sevindirəcəklər”.
Bunu Avtosfer.az-a Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.
O, Vətən müharibəsində qazı olmuş idmançılara müraciət edərək Paralimpiya hərəkatına qoşulmağa dəvət edib:
“Müharibə ilə bağlı əlilliyi olan şəxslər bu günə qədər də bizim paralimpiya və milli komandalarımızın tərkibində iştirak edirlər. Onlar bir idmançı kimi Azərbaycanı beynəlxalq arenada çox ciddi şəkildə və böyük uğurla təmsil edirlər. Onların sırasında mən əfsanəvi idmançımız, ikiqat paralimpiya çempionu, Qarabağ qazisi İlham Zəkiyevi qeyd etmək istərdim. İlham Zəkiyevlə yanaşı güllə atıcılığı idman növü üzrə komandanın baş məşqçisi Əkbər Muradov, həmin komandanın üzvü Elşən Cəbiyev, kamandan oxatma üzrə milli komandanın baş məşqçisi İlqar Abbasov kimi Qarabağ müharibəsi qazilərimiz var.
Bu gün də həmin sağlamlıq imkanları məhdud olan qazilərimiz beynəlxalq arenada ölkəmizi təmsil edərək yenə də Azərbaycan bayrağını dalğalandıra bilərlər. Bu Paralimpiya Komitəsinin təklif etdiyi bir uğur yoludur. Bu yol ondan ibarətdir ki, qazilərimiz, baxmayaraq ki, fiziki məhdudiyyətlidirlər, onlar bundan sonra da Azərbaycanı layiqincə təmsil edə bilərlər. Bundan sonra döyüş meydanında yox, məhz idman arenalarında, beynəlxalq yarışlarda, Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edərək yenə də Azərbaycan bayrağını yüksəyə qaldıra bilərlər.
Fürsətdən istifadə edərək mən sağlamlıq imkanlarını itirmiş qazilərimizə müraciət edirəm ki, onlar Paralimpiya hərəkatına qoşulsunlar. Paralimpiya Komitəsinin qapıları sizin üçün açıqdır. Bizim 17-dən çox idman növümüz var, həmin o idman növlərində sizləri sınaya bilərik və siz özünüzü təsdiq edərək yenə də böyük qələbələrə imza ata bilərsiniz. Ona görə də biz müraciət edərək sizi dəvət edirik, bizim sıralarımıza qoşulun və Azərbaycanı qəhrəmancasına təmsil etməyə davam edin. Əminəm ki, yaxın gələcəkdə döyüş zamanı dalğalandırdığınız şanlı bayrağımızı həm də işğaldan azad edilmiş torpaqlarımızda keçiriləcək mötəbər yarışlarda zirvələrə ucaldacaqsınız!”
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












