Qobustanda iki COVID-19 xəstəsi saxlanıldı

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki koronavirus xəstəsinin karantin qaydalarını pozduqlarını aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qobustan şəhər sakini Faiq Səlimova və rayonun Bədəlli kənd sakini Vahid Bəndəliyevə COVID-19 testlərinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də, ancaq onlar yaşadıqları ünvanları tərk ediblər. Polis əməkdaşları tərəfindən həmin şəxslər şəhər və kənd ərazisində hərəkətdə olarkən saxlanılıblar. Onlar polis əməkdaşlarının da müşayiəti ilə yaşadıqları ünvanlara göndəriliblər.
İnfeksiya daşıyıcıları olduqlarını bilə-bilə virusun daha geniş yayılmasına şərait yaradan F.Səlimov və V.Bəndəliyev barəsində Qobustan Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












