“Qoca” ilə qaçan Əli Ağami qaydaları pozub - Qobustana köçürüldü

Səkkiz il əvvəl “Qoca” ləqəbli Etibar Məmmədovla birlikdə etap zamanı xüsusi təyinatlı vaqondan qaçan məhkum Əli Ağami Qobustandakı qapalı tipli həbsxanaya köçürülüb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, yerli məhkəmə Penitensiar Xidmətin müvafiq təqdimatı əsasında bu qərarı qəbul edib.
Əli Ağami saxlanıldığı ciddi rejimli cəzaçəkmə müəssisəsində rejim qaydalarını pozub. Məhz bu səbəbdən onun həbsxanaya köçürülməsi qərara alınıb.
Qeyd edək ki, Əli Ağami və “Qoca”nın qaçmasına kömək etdiyi üçün müğənni Fədayə Laçın da məhkum edilmişdi. Əməliyyat zamanı baş verən atışmada “Qoca” öldürülüb. Hadisə ilə bağlı Penitensiar Xidmətin o vaxtkı tabor komandiri və bir neçə əməkdaşı da həbs olunmuşdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami əvvəlki qətl cinayətinə görə təyin olunmuş cəzası birləşdirilməklə 20 il, Fədayə Laçın 5 il, tabor komandiri və digər şəxslər isə 9 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Əli Ağami istisna olmaqla digər məhkumlar artıq azadlıqdadırlar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












