Qubada mağazadan oğurluq etmək istəyən şəxs "iş başında" yaxalandı
Xəbərlər
14 Yanvar 2021 13:00

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Quba Rayon Regional Mühafizə Şöbəsinin əməkdaşlarının xidməti ərazidə apardıqları ayıq xidmət nəticəsində rayon ərazisində oğurluq hadisəsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az verilən məlumata görə, Quba rayonu Qonaqkənd qəsəbə sakini Əmrah Əmrahov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qapı şüşələrini qırmaqla qanunsuz daxil olub və oradan oğurluq etməyə cəhd edib.
Lakin onun bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Quba Rayon Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və cinayətkar “iş başında” yaxalanaraq Quba Rayon Polis Şöbəsinə gətirilib.
Dindirilmə zamanı Ə.Əmrahov törətdiyi cinayət əməlini etiraf edib.
Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.


Oxunub : 1208
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
15 Oktyabr 2026 16:18
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
15 Oktyabr 2026 12:16
İlham Əliyev Fərman İMZALADI
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
ŞƏRH YAZ












