Banner

Quru sərhədlərin açılacağı vaxt... - VACİB AÇIQLAMA

Xəbərlər 30 Oktyabr 2026 16:23
Quru sərhədlərin açılacağı vaxt... - VACİB AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı qərarda təhlükəsizlik amili əsas rol oynayır.

Avtosfer.az xəbər ki, bunu Ajans.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

O bildirib ki, quru sərhədlərin açılması həm iqtisadiyyat, həm də vətəndaşların sərbəst səfər imkanları baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Bu məsələ, şübhəsiz ki, Azərbaycan dövlətinin əsas müzakirə mövzularından biridir. Lakin burada təkcə sərhədlərin açılması deyil, bu istiqamətdə atılacaq addımların mümkün nəticələri də nəzərə alınmalıdır.

Politoloqun sözlərinə görə, Azərbaycan hazırda kifayət qədər təhlükəli bölgədə yerləşir. Belə ki, Cənubi Qafqazın həm şimalında, həm də cənubunda davam edən müharibələr regionda gərgin geosiyasi vəziyyət yaradıb:

“Ukrayna müharibəsi, eyni zamanda cənubda Yaxın Şərqdə davam edən müharibə Cənubi Qafqaz ətrafında olduqca gərgin situasiya formalaşdırır. Təbii ki, bu gərginlik hər iki istiqamətdən regionda gedən geosiyasi proseslərə birbaşa təsir göstərir. Ona görə də böyük ehtimalla Azərbaycan dövləti sərhədlərin açılması ilə ölkə üçün yarana biləcək təhlükəsizlik risklərini ilk növbədə nəzərə alır”.

E.Xalidbəyli qeyd edib ki, quru sərhədlərin açılması ilə bağlı qərar ölkə rəhbərliyindən və bu məsələ ilə məşğul olan müvafiq siyasi strukturların mövqeyindən asılıdır. Onun fikrincə, belə bir qərarın qəbulunda təhlükəsizlik risklərinin əsas meyar kimi götürüləcəyi şübhə doğurmur.

Politoloq hesab edir ki, Azərbaycan dövləti sərhədlərin bağlı saxlanılması məsələsində prinsipial mövqe nümayiş etdirirsə, bunun arxasında ciddi səbəblər dayanır. Həmin səbəblər aradan qalxdığı təqdirdə isə ölkənin quru sərhədləri yenidən açıla və vətəndaşların sərbəst səfər imkanları bərpa oluna bilər.

O əlavə edib ki, bu addım həm Azərbaycanın iqtisadiyyatına, həm də vətəndaşların sərbəst hərəkətinə müsbət təsir göstərə bilər.

Oxunub : 146
ŞƏRH YAZ
Ad

E-mail

Şərh