Ramiz Mehdiyevin qızı məhkəməni uduzdu

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın "Baku Oksford Məktəbi"nin müsadirəsi ilə bağlı verdiyi şikayət üzrə yekun qərar açıqlanıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Kamilə Əliyevanın şikayətini əsassız sayıb.
Hakim Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyəti təsdiq edib ki, məktəb "Baku Steel Company"dən mənimsənilən pullar hesabına inşa olunub. Bu səbəbdən nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir.
Xatırladaq ki, "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.
Məmmədovun milyonlarla manat dəyərində əmlakı, o cümlədən "Baku Oksford Məktəbi" də müsadirə olunub. Kamilə Əliyeva məktəb binasının yarısının pay sahibi olduğunu iddia edir.
Məktəb bir müddət əvvəl 18 milyon 527 min 250 manata hərraca çıxarılmışdı.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












