Rasim İldırımın məmur kimi təqdim etdiyi şəxs həbsdən buraxıldı

Eyni vaxtda iki müxtəlif dələduzluq əməlində ittiham edilən Qoşqar Məmmədov azadlığa buraxılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, həm DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımla birgə, həm də başqa cinayət işi üzrə ayrıca mühakimə edilir.
R.İldırımla bağlı məhkəmələrə gələn zaman azadlıqda olan Q.Məmmədov digər şikayətçilərin müraciəti əsasında 4 ay əvvəl həbs olunmuşdu.
O, bir neçə gün əvvəl ikinci iş üzrə həbsdən azad edilib. Q.Məmmədov ev dustaqlığına buraxılıb.
Məhkəmə xeyli miqdarda dələduzluqda təqsirləndirilən müttəhimin ailə vəziyyəti ilə bağlı belə qərar çıxarıb.
Qeyd edək ki, Qoşqar Məmmədov əvvəl Balakən rayonu dairə seçki komissiyasında da işləyib.
Q.Məmmədovun R.İldırımla birgə olan cinayət işinin materiallarında deyilir ki, o, digərləri ilə əlbir olaraq iş adamı Qurban Piriyevi aldadıb. Onlar Piriyevə icra başçısı təyin ediləcəyi ilə bağlı vəd verərək ondan ümumilikdə 510 min manat pul və 34 min manat dəyərində qızıl-zinət əşyaları alıblar.
Bu prosesdə Rasim İldırım Qoşqar Məmmədovu guya Prezident Administrasiyasında çalışan yüksəkvəzifəli məmur kimi təqdim edib. Həmin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












