Rusiya AZAL-ın qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi etdi

Rusiyanın "AlfaSığorta" şirkəti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Embraer 190” markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiyanın "İnterfaks" nəşri məlumat dərc edib.
Bildirilir ki, "AlfaSığorta"nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnikin sözlərinə görə, "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsi, eləcə də daşıyıcının sərnişinləri şirkət tərəfindən sığortalanıb.
Lakin o, aviasiya sığortası ödənişinin məbləğini açıqlamayıb. Kabaçnik sığortaçıya aviaqəza ilə bağlı rəsmi araşdırmanın nəticələrini gözləməyə ehtiyac olmadığını izah edib.
"Qəza ilə bağlı araşdırmalar davam etsə də, ödənişlərin təşkili üçün kifayət qədər məlumatımız var. Sığortaçı kimi bizim üçün təyyarənin vurulması faktı vacibdir, bu, şübhəsizdir. Müharibə və terror riskləri də sığortalandığı üçün aviaşirkət istənilən halda kompensasiya alır", - o deyib.
"Sərnişinlərə dəymiş ziyanın və zərərçəkmişlərə və onların qanuni nümayəndələrinə daşıyıcının məsuliyyətinin sığortası üzrə sığorta ödənişlərinin hesablanmasına "AlfaSığorta" şirkəti tərəfindən bu ilin yanvarında başlanılıb və hazırda da davam etdirilir”, - deyə şirkətdən “İnterfaks”a bildirilib.
Azərbaycanda ən qocaman vəzifəli şəxslər kimlərdir? - SİYAHI
Ramiz Mehdiyevlə bağlı 20 illik MƏXFİ DOSYE AÇILDI - SENSASİYA
Tovuzda yolda sürüşmə: Hərəkət çətinləşdi - VİDEO
Prezidentdən Əhməd Vəliyevlə bağlı SƏRƏNCAM
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI











