Rusiya İstintaq Komitəsinin sədri ilə Kamran Əliyev arasında telefon danışığı olub

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ilə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev arasında telefon danışığı olub.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, idarə rəhbərləri Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı aparılan araşdırmaların gedişini müzakirə ediblər. Təyyarədə iki ölkənin, həmçinin Qazaxıstan və Qırğızıstanın vətəndaşları olub. Söhbət rusiyalı müstəntiqlər və kriminoloqlar, Azərbaycan və Qazaxıstanın istintaq-əməliyyat qruplarından olan həmkarları arasında yaxşı qurulmuş hərtərəfli qarşılıqlı əlaqə barədə olub.
Aleksandr Bastrıkin əmin edib ki, Rusiya tərəfindən İstintaq Komitəsinin mərkəzi aparatının aviasiya qəzalarının təhqiqi sahəsində ən təcrübəli əməkdaşları cəlb olunub və onlar qabaqcıl məhkəmə-tibbi avadanlıqlarla təchiz olunublar. O əlavə edib ki, kompleks istintaq hərəkətləri həyata keçirilir ki, onların məqsədi baş vermiş faciənin bütün səbəblərini və onunla bağlı məqamları müəyyən etməkdən ibarətdir.
Söhbət zamanı tərəflər birgə təhqiqat planı çərçivəsində prioritet vəzifələri müəyyənləşdirib, bundan sonra da hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












