Banner

Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi uzadılıb

Xəbərlər 30 Sentyabr 2022 13:09
Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi uzadılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini oktyabrın 10-dək uzadıb.

“Report” xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir.

Oxunub 1114
ŞƏRH YAZ
Ad

E-mail

Şərh