Saatlı sakinindən odlu silah və narkotik götürüldü

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda və narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki torbadan 40 ədəd kibrit qutusunda satış məqsədi ilə qablaşdırılmış 200 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib, baxış zamanı mənzilindən 1 ədəd qoşalüləli "TOZ-16" markalı ov tüfəngi və 28 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











