Sabah Bakıda geniş iməcilik keçiriləcək - FOTO

Yanvarın 20-dən başlayaraq Bakı şəhərinə yağan ilk qardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin kommunal xidmətləri tərəfindən Bakı şəhərində payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, qar yağmış ərazilərdəki prospekt, küçə və yollar gecə saatlarında burada növbədə olan xüsusi təyinatlı texnika və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənmiş, bəzi yerlərə duz səpilib.
Səhər saatlarından etibarən paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıb. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin kənarlarının çirklənmədən təmizlənməsinə, səki kənarları, bordyurların və buradakı işıq dirəklərinin yuyulmasına, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib.
Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sinmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.
Təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər həyata keçirilir. Görülən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır.
Qeyd olunub ki, sabah yanvarın 23-də Bakı Şəhər İcra Hakimiyyəti strukturları üçün iməcilik elan edilib.









İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












