Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Bakının bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Xətai rayonundakı “Ana harayı” abidəsi önündə keçiriləcək anım tədbirində iştirak edəcək vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xocalı prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bundan əlavə, Xocalı prospekti ilə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Vaqif Əsədov əlavə edib ki, sabah “Ana harayı” abidəsi istiqamətinə doğru Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Nobel prospekti və 10-cu Zavod dairəsindən, eləcə də Xocalı prospekti ilə kəsişən bütün küçələrdə hərəkət edən avtomobillərin istiqaməti dəyişdiriləcək.
Sözügedən istiqamətlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sabah səhər saat 08:00-dan ziyarət başa çatanadək davam edəcək.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












