Şabran sakini sirkə turşusu içərək ölüb

Xəbərlər 26 Fevral 2021 11:15 Oxunub 676
Şabran sakini sirkə turşusu içərək ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şabranda sirkə turşusu içən şəxs xəstəxanada ölüb.

Report-un verdiyi məlumata görə, rayonun H.Aslanov küçəsi ünvanında yaşayan 1980-ci il təvəllüdlü Zakir Şakir oğlu Rəsulov sirkə turşusu içib.

O, ağır vəziyyətdə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona sirkə turşusundan zəhərlənmə diaqnozu qoyulub.

Həkimlərin səylərinə baxmayaraq, Z.Rəsulov xəstəxanada ölüb. Onun ailəli olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh