Şamaxıda COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb - FOTO

Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az verilən məlumata görə, Şamaxı rayonu Sabir qəsəbə sakini K.Mahmudovun, İkinci Çaylı kənd sakini F.Şirinovun, şəhər sakinləri R.Dəmirov və A.Abdullayevin koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etmələri tapşırılıb.
Lakin həmin şəxslər qaydaları pozaraq yaşadıqları evləri tərk ediblər.
Keçirilən müvafiq tədbirlərlə onların rayon ərazisində olduqları yer müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Polis əməkdaşlarının da müşayiəti ilə onlar yaşadıqları ünvanlara geri qaytarılıblar.
Şamaxı RPŞ-nin İstintaq bölməsində həmin şəxslər barəsində cinayət işi başlanılıb.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












