Şəbnəm Tovuzlu onu "dollar yağışı"na tutan narkotaciri TANIYIR? - AÇIQLAMA

Müğənni Şəbnəm Tovuzlu Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar yağışı"na tutulub və sözügedən görüntülər gündəm olub. Lakin çox keçmədən məlum olub ki, Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan Ofeliya adlı şəxs və "Luka" ləqəbli oğlu narkotik alverçiləri imiş. Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar.
Şəbnəm Tovuzlunun prodüseri Şahanə İsmayılova məsələ ilə bağlı açıqlama verib.
O qeyd edib ki, həmin şəxslərin haqqında məlumatlı olmayıblar:
"Şəbnəm xanım ay ərzində onlarla belə toyda iştirak edir. "Pul yağışı"na da tuturlar, necə lazımdırsa, hörmət də edirlər. Toyuna getdiyimiz heç bir ailəni öncədən analizdən keçirmirik ki, görək bunlar hansı işlə məşğuldurlar?! Bu fikirlər Şəbnəm xanımın da fikirləridir, gecə bu barədə bir yerdə söhbət edirdik".
Qeyd edək ki, sözügedən mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə, qızıl-zinət əşyaları da hədiyyə edilib.(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












