Şəhid ailələri və yaralananlara edilən yardımları ələ keçirmək istəyən şəxs saxlanıldı - VİDEO

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun adından sui-istifadə edərək pul toplamaq məqsədi ilə sosial şəbəkələrdə vətəndaşlara çağırışlar edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən hüquqazidd əməlləri törədən Füzuli rayonunda qeydiyyatda olmaqla Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Xəlil Quliyev tutulub. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxs əvvəlcə “instagram” sosial şəbəkəsində “YAŞAT” Fondunun rəsmi hesabına oxşar özünə məxsus səhifə yaradıb. Fondun rəsmi səhifəsi ilə saxlanılan şəxsin yaratdığı saxta profil yalnız bir hərflə fərqlənir. Məqsədli şəkildə oxşar adla yaradılan səhifədə X.Quliyevin əsas niyyəti yardım etmək istəyən insanlarda çaşqınlıq yaratmaq və bu yolla pul vəsaitləri əldə etmək olub. Saxlanılan şəxs həmin səhifədə şəxsi kart hesablarını yerləşdirib şəhid və yaralı əsgərlər, eləcə də köməyə ehtiyacı olan şəxslər barədə paylaşımlar edərək guya onlar üçün yardım toplayıb. X.Quliyevin əməlinə hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum dərəcədə ayıq-sayıq davransınlar və insanları aldadaraq mənfəət əldə etməyə çalışan səhifələrdən uzaq olsunlar.
Elmin
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu



















