Şəhid ailələri və yaralılara ödənişsiz dərman preparatları verilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini davam etdirir.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, psixoloq və psixiatrlardan ibarət qruplar son günlərdə 712 ailə ilə görüşüblər.
Psixoloji dəstək tədbirlərinə ehtiyacı olan ailələrə psixokorreksiya işləri üzrə seanslar keçirilir. Həmçinin ilkin diaqnostikadan sonra bir çox şəxslərə ehtiyaclarına uyğun ödənişsiz dərman preparatları verilib.
Noyabrın 19-dan fəaliyyətə başlayan “Onlayn psixoloji dəstək xidməti”nə (050 406 75 85) isə 200-yə yaxın zəng daxil olub. Müraciətlərin məzmununa uyğun olaraq psixoloqlar vətəndaşlara dəstək yönümlü xidmətlər göstəriblər. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Xatırladaq ki, 44 günlük müharibə dövründə də agentlik erməni təxribat və terrorundan zərər çəkən şəxslərlə, ailələrlə görüşərək, onlara ehtiyac duyduqları psixoloji xidmətləri göstərib. Həmçinin ailələrin sosial vəziyyətləri qiymətləndirilib, ehtiyac duyduqları sosial dəstək tədbirləri müəyyənləşdirilib.

Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












