Şəhid ailəsinə təqaüd üzrə ödəniş kartı təqdim edilib - FOTO

Azərbaycanın Qarabağdakı zəfərinin qəhrəmanlarından biri olan Orxan Əliyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Avtosfer.az-averilən məlumata görə, şəhidin ailəsinin yaşayışı daim diqqətdə saxlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Bakının Şağan qəsəbəsində yaşayan ailə ilə görüşüb, sosial vəziyyəti ilə maraqlanıblar.
Ailəyə Prezidentin aylıq təqaüdünün artıq təyin olunduğu bildirilib və təqaüd üzrə ödəniş kartı şəhidin həyat yoldaşına təqdim edilib. Ailə üzvləri, eyni zamanda, ailə başçısını itirməyə görə pensiya və aylıq müavinət də alacaqlar.
Şəhidin həyat yoldaşına şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri, imtiyazları barədə də məlumat verilib.

Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












