Şəhid anası: "Torpaqlarımız işğalda olanda hərbçi olduğunu deməyə utanırdı" - VİDEO

Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması uğurnda canını və qanını əsirgəməyən qəhrəmanlarımızdan biri də Vüqar Sarıyevdir.
Vüqar Fikrət oğlu Sarıyev 1990-ci il noyabrın 26-da Biləsuvar rayonunun Amankənd kəndində dünyaya gəlib. Amankənd kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Peşə məktəbində təhsilini davam etdirib. O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq hərbi xidmətçi kimi Goranboy rayonunda yerləşən N saylı Hərbi Hissədə, bir müddətdən sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib.
Ailəli idi, 3 övladı yadigar qaldı.
Report-un əməkdaşları şəhidin Biləsuvar rayonunun Amankənd kəndindəki evinə baş çəkib, ailə üzvləri ilə həmsöhbət olublar.
Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulan Vüqar Sarıyev Murovdağ, Talış kəndi, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Vüqar Sarıyev uğurlu hərbi əməliyyatlara görə, ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












