Şəhid atasının torpağı zəbt edilib? - FOTO

Şəhid ailəsi onlara məxsus olan həyətyanı torpaq sahəsinin zəbt edildiyini iddia edir.
Avtosfer.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən şəhid Saleh Səfərovun atası Səfərov İrzəxan Həmzəxan oğlu bildirib ki, ona məxsus 0.06 ha həyətyanı torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən qanunsuz olaraq ələ keçirilib.
Ata deyir ki, Masazır bələdiyyəsinin 16.04.2007-ci tarixli, 17 saylı qərarına əsasən, alqı-satqı müqaviləsi ilə İslamova Zümrüd Rəşid qızına verilmiş 0.06 ha həyətyanı torpaq sahəsini notarial qaydada 24.12.2024-cü ildə alıb.
Daha sonra torpağı rəsmi olaraq adına keçirmək üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinə müraciət edib: “Qurumun 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən isə bildirildi ki, torpaq başqa vətəndaşa məxsus torpaq sahəsilə üst-üstə düşdüyündən çıxarış almaq mümkün deyil. Qanunla mənə məxsus olan torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən başqa şəxsə satılıb. Bu işdə hətta Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin keçmiş müdiri Elvin Quliyevin də əli olub”.
Məsələyə aydınlıq gətirmək üçün Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri, hazırda isə sədr müavini olan Elşad Sadıqovla əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab vermədi.
Yeni seçilən bələdiyyə sədri Firdovsi Cəlalov isə suallarımızı belə cavablandırdı: “Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bununla bağlı cinayət işi açılıb. Dünən də məhkəmə iclası olub, hazırda proses davam edir. Bəzi lazım olan sənədlər də təqdim ediləndən sonra növbəti məhkəmə iclası keçiriləcək”.
Qeyd edək ki, Saleh Səfərov 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.



Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











