Banner

Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO

Xəbərlər 31 Oktyabr 2026 18:59
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi  - FOTO
WhatsApp kanalımıza abunə olun

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yeni təyinat baş tutub.

Avtosfer.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Əmiraslan Əliyev Təşkilati risklərin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl 2026-cı ilin yanvarından sentyabr ayınadək Dövlət Vergi Xidmətinin daxili audit şöbəsinin müdiri vəzifəsində çalışıb.

Əmiraslan Əliyev 2023-cü ilin yanvarından 2025-ci ilin dekabrınadək Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində baş audit rəhbəri vəzifəsini icra edib.

O, 2021-ci ilin sentyabrından 2023-cü ilin yanvarınadək “Qala Sığorta” ASC-də, 2018-ci ilin yanvarından 2021-ci ilin avqustunadək isə “Atəşgah Sığorta” şirkətində daxili audit rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin noyabrından 2017-ci ilin dekabrınadək “Atəşgah Həyat” Sığorta Şirkətində də eyni vəzifəni tutub.

Əmiraslan Əliyev 2012-ci ilin iyunundan 2015-ci ilin noyabrınadək “AzerCredit” təşkilatında əvvəlcə daxili auditor, daha sonra isə daxili audit departamentinin aparıcı mütəxəssisi kimi fəaliyyət göstərib.

Onun əvvəlki iş təcrübəsinə 2011-ci ilin iyunundan 2012-ci ilin iyun ayınadək “DNS Computers” şirkətində mühasib, 2011-ci ilin yanvarından iyun ayınadək “Nurgun Group”da satınalma üzrə mütəxəssis, 2010-cu ilin sentyabrından dekabr ayınadək isə həmin şirkətdə mühasib vəzifələri daxildir. (yurd.media)

 

FOTO QALEREYA
Oxunub : 200
ŞƏRH YAZ
Ad

E-mail

Şərh