Şəhid olan iki hərbi qulluqçumuzun güzəştli mənzilləri ailələrinə təqdim edildi

Vətən Müharibəsində şəhid olan iki hərbi qulluqçumuzun güzəştli mənzilləri ailələrinə təqdim edilib.
Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış iki hərbçinin ailə üzvlərinin mənzillərlə təmin edilməsini MİDA-nın öz öhdəsinə götürüb.
Belə ki, “Güzəştli mənzil” sistemində “ən azı üç il hərbi xidmətdə olan, həmçinin, ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları” kateqoriyası ilə qeydiyyatdan keçən 1991-ci il təvəllüdlü Hüseynov Orxan Bəhmən oğlu və 1994-cü il təvəllüdlü Hüseynov Fərid Fətəli oğlu 10.09.2020-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək ikiotaqlı mənzil seçiblər.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçimiz canından, qanından keçərək, şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.
Ölkə başçısının siyasətinə uyğun olaraq hər iki hərbi qulluqçumuz tərəfindən seçilən mənzillər onların ailələrinə təqdim edilib.
Mənzillə təmin olunmuş şəhid ailələri xalqımıza tarixi Zəfəri bəxş edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Silahlı Qüvvələrimizlə qürur duyduqlarını qeyd ediblər.
Onlara göstərilən yüksək diqqət və qayğıya, sosial müdafiələrinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












