Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO

2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş kəşfiyyatçı polkovnik Sənan Axundovun oğlu leytenant rütbəsi alıb.
Avtosfer.az xəbər verir ki, şəhid zabitin oğlu Tahir Axundov hərbi təhsilini başa vurub.
Tahir Axundov 2019-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olub. Elə həmin il Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Sankt-Peterburq Ali Hərbi Tibb Akademiyasına göndərilib.
O, yaxın vaxtlarda hərbi cərrah kimi xidmətə başlayacaq.
Şəhid zabitin həyat yoldaşı Nəcibə Axundova bildirib ki, ailə üzvləri oğullarının uğurunu şəhid polkovnikin qəbrüstü abidəsini ziyarət edərək qeyd ediblər:
"Çox şükür, Silahlı Qüvvələr Günündə oğlumuz artıq leytenantdır. Bu, təkcə bir rütbə deyil - bu, illərlə çəkilən zəhmətin, səbir və əzmin, Vətənə olan sadiqliyin simvoludur. Biz mərd və cəsarətli bir ailənin üzvləriyik. Bu qürur hissini sözlə ifadə etmək çətindir".
Qeyd edək ki, şəhid polkovnik-leytenant Sənan Axundov ailənin yeganə oğul övladı olub. O, Müdafiə Nazirliyinin İnformasiya şöbəsində sektor müdiri kimi xidmət etdiyi halda, vəzifəsindən könüllü şəkildə imtina edərək ön cəbhəyə yollanmış və 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuşdu.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident


















