Şəhidin 23-cü doğum günü... - FOTO

Bu gün Vətən müharibəsi şəhidi, gizir Telman Rafiq oğlu Həsənlinin doğum günüdür. Şəhidin 23-cü doğum günü onsuz, dünyaya göz açdığı Biləsuvar rayonunun Bağbanlar kəndində qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, rayon ictimaiyyəti şəhid qəhrəmanın ata ocağını və kənd qəbiristanlığında olan məzarını ziyarət edib. Şəhidin məzarına gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Qeyd edək ki, tank komandiri olan Telman Həsənli 44 günlük Vətən müharibəsində şərəflə döyüşüb. Düşmən cəbhəsinin Füzuli istiqamətində yarılmasınada xüsusi qəhrəmanlıq göstərib və düşmən tankını qənimət gətirib. Hadrut istiqamətində ağır qəlpə yaraları alsa da, qısa müddətə müalicə alaraq döyüşə qayıdıb. Cəbrayılda, Xudafərin uğrunda döyüşlərdə rəşadət göstərib. Sonuncu döyüşü isə Qubadlı istiqamətində olub.
T. Həsənli Vətən muharibəsinin 22 - ci günündə - oktyabrın 18-də şəhadətə qovuşub. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğurunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Surxay Sahbazov



![]()
![]()
![]()
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












