Şəkilləri ilə xanımı şantaj edən sələmçi məhkəmə zalında həbs olundu

Hədə-qorxu ilə tələb etmə maddəsi ilə təqsirləndirilən Sona Əhmədovanın cinayət işi üzrə məhkəmə araşdirması basa çatıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunub. Hökmə əsasən, Sona Əhmədova 4 il 11 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Xatırladaq ki,dövlət ittihamçısı çıxışı zamanı Sona Əhmədovanın 7 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
İbtidai istintaq zamanı məlum olub ki, Sona Əhmədova iş yoldaşı Tavat Bayramova vasitəsilə Xavər Babayevaya 3 min manat faizə pul verib. Ancaq ayın tamamında Xavər Babayeva həmin pulu qaytara bilməyəndə onun yarıcılpaq şəkilləri ilə şantaj etməkdə təqsirləndirilir. Bundan sonra Xavər Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi ayrı-ayrı vaxtlarda Tavat Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib.
Onun barəsində cinayət məcəlləsinin 182.2.4 (hədə qorxu ilə tələb etmə külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












