Taksidən qızıl oğurlayıb satdı, kirayə avtomobil götürüb əyləndi - FOTO

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, İntiqam Yusifov Şəmkir rayonundan Bakı şəhərinə getmək üçün müştəri qismində əyləşdiyi taksinin Kürdəmir rayonunda qısa fasilə zamanı sürücüsünün olmamasından istifadə edərək, avtomobildə olan 57 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyalarını oğurlayıb.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı İ. Yusifov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları Bakı şəhərində satdığını və əldə etdiyi 3000 manatdan çox pulu avtomobil icarəyə götürərək müxtəlif növ əyləncələrə xərclədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO













