Şəmkirdə narkotik alverçiləri saxlanılıb - FOTO

Şəmkirdə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Gəncə regional qrupu məlumat yayıb.
Beləki, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Edəniz Şöhləyev saxlanılaraq Polis Şöbəsinə gətirilib, üzərinə baxış keçirilən zaman 0.156 qram narkotik vasitə olan, qurudulmamış “marixuana” aşkar edilərək götürülüb.Saxlanılan şəxs ifadəsində narkotik vasitəni tanışı Rahil Zamanovdan 10 manata aldığını bildirib.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Zamanovun yeri müəyyən edilərək RPŞ-yə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 16 ədəd müxtəlif bükümlərdə, ümumi çəkisi 8 qramdan çox narkotik vasitə olan, qurudulmamış “marixuana” aşkar edilib. R. Zamanov istintaqa verdiyi ifadəsində narkotik vasitəni yaxın dostu, rayon sakini Namaz Həsənovdan əldə etdiyini bildirib.
Davam etdirilən tədbirlər nəticəsində N.Həsənov da saxlanılaraq RPŞ-yə gətirilib və üzərinə baxış keçirilən zamanı gödəkçəsinin cibindən müxtəlif bükümlərdə, ümumi çəkisi 6 qrama yaxın narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb. N.Həsənov ifadəsində narkotik vasitəni, işlədiyi fermanın yaxınlığında özü yetişdirdiyini bildirib. Qeyd edilən yerə polis əməkdaşları baxış keçirib və oradan ağ rəngli polietilen torbada, təmiz çəkisi 3 kq 490 qram, narkotik vasitə olan, qurudulmuş “marixuana” və 12 ədəd çətənə bitkisinin kolları aşkar edilib.
Aşkar edilən maddi sübutlar ekspertiziyaya təqdim edilib, saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












