Serbiya Azərbaycana 207 milyon dollar ödəyəcək

Serbiya “Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan aldığı kreditin 170 milyon avro (207 milyon dollar) məbləğində ödənilməmiş hissəsini qaytarmağı planlaşdırır. “Qafqazinfo” “SeeNews” nəşrinə istinadən bildirir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“170 milyon avro həcmində borcun ödənilməsi Serbiyanın dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətini 0,42 faiz bəndi azaldaraq 58,5%-ə endirəcək”, - Vuçiç deyib.
Serbiya Prezidentinin sözlərinə görə, borc bu ilin sonunadək, ən geci 2021-ci ilin əvvəlində Azərbaycana ödəniləcək.
Qeyd edək ki, Serbiya Azərbaycan hökumətindən 2012-ci ildə “Dəhliz 11”in tikintisi üçün 300 milyon avro məbləğində kredit alıb. Tikinti işləri Azərbaycanın “Azvirt” inşaat şirkəti tərəfindən həyata keçirilib.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












