Sergey Lavrov: "Üçtərəfli razılaşmanı heç də hamı dərhal qəbul etmədir"

"Biz buraya idarələrarası nümayəndə heyəti ilə gəlmişik. Onun Sizinlə razılaşdığı kimi, bizim bu səfərimiz kifayət qədər qısa müddətdə həyata keçirilməlidir. Bu, bizim, Rusiya Federasiyasının Prezidentinin 9 noyabr tarixli razılaşmaların reallaşdırılması üzrə səyləri fəal dəstəkləmək və eyni zamanda, Azərbaycan Respublikası ilə bizim tərəfdaşlığımızın xüsusi strateji xarakterini vurğulamaq niyyətini əks etdirir. Bu gün burada bizim qarşılıqlı fəaliyyətimizin bütün istiqamətləri üzrə həmkarlarımızla aparılacaq söhbətlər, əlbəttə, ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə inkişaf etməsinə və çiçəklənməsinə yönələcək".
Avtosfer.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
"Biz Azərbaycanın 9 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik. Hörmətli İlham Heydər oğlu, Siz dediyiniz kimi, bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi, onu nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar.
Bu isə, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil. Biz xüsusi əhəmiyyət veririk ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu bu regionda barışıq məsələsini daim vurğulayır və biz qəti əminik ki, əgər həqiqətən kənardan gətirilən hansısa maraqlar barədə deyil, insanlar barədə düşünsək, bütün gələcək işlərin mənası bundan ibarətdir"-deyə, o bildirib.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











