Seula uçan təyyarə poverbanka görə İstanbula qayıtdı

İstanbul-Seul reysini həyata keçirən “Asiana Airlines”ə məxsus “Boeing 777” tipli sərnişin təyyarəsi yarı yoldan geri qayıdıb.
Avtosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna təyyarədə sərnişinlərdən birinə məxsus poverbankın oturacağın arasına düşməsi səbəb olub.
Təyyarə təhlükəsizlik məqsədilə İstanbul Hava Limanına qayıtmalı olub və yerli vaxtla saat 23:25-də uğurla eniş edib.
Bildirilib ki, poverbankların daxilində litium plitə mövcuddur və oturacaq motorunun hərəkət etməsi ilə o zədələnə və yana bilər. Bu isə hava nəqliyyatı vasitəsində ciddi fəsadların baş verməsinə, hətta partlayışa səbəb ola bilər.
Qeyd edək ki, ötən il Cənubi Koreyada göyərtəsində 170 sərnişin və 6 ekipaj üzvü olan təyyarədə poverbank partlayıb və yanğın baş verib. Bundan sonra Beynəlxalq Aviasiya Təşkilatı şirkətlərə sərnişinlərin təyyarələrə poverbankla daxil olmasını məhdudlaşdırmağı tövsiyə edib.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












