Şimal bölgəsinin ilk avtomobil sürən qadını: "Nərgiz xala"nı görəndə dedim ki, sürücü olacağam" - FOTO

"AYNA-nın Azərbaycanda avtobus sürən qadın sürücülər hazırlaması təqdirəlayiq haldır. Bu xəbərə çox sevindim. İstər kişi olsun, istərsə də qadın. Əgər onun əxlaqı, qanacağı, mərifəti yerindədirsə, o, avtobus sürəndə də bütün bu keyfiyyətlərini sərgiləyəcək. Elə qadınlar var ki, kişilərdən milyon dəfə üstündürlər. Yaxud da əksinə. 50 ildir ki, Qubada avtobus sürürəm. Son bir ildir ki, xəstəliyimlə bağlı olaraq işləmirəm. Hazırda sahibkar kimi fəaliyyət göstərirəm, avtobuslarım var. O vaxt avtobus sürməyə yeni başlayanda hərə bir söz atırdı, bir söz deyirdi. Mən 1975-ci ildən danışıram. Amma indi başıma and içirlər, böyük hörmətim var".

Avtosfer.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 50 illik avtobus sürücüsü təcrübəsinə malik, Quba rayonunun 2-ci Nügədi kəndində yaşayan Nuriyyə Abdullayeva deyib.
O peşəsinin çətin tərəflərindən danışıb:
"Bu əlli ildə heç vaxt qəza vəziyyəti ilə üzləşməmişəm. Çox şükür! Çünki qəzaların əksəriyyətinin səbəbi yüksək sürətdir. Lazım gələndə sürətli də sürməlisən. Əsas əminlikdir. İndi də öz avtomobilimi sürürəm. Bir də görürsən, həkimə, bazara gedirəm. Məni ilhamlandıran, bilirsiniz, hansı film olub? "Əhməd haradadır?" filmini izləyib, "Nərgiz xala"nı orada görəndən sonra qarşıma məqsəd qoydum ki, sürücü olacağam. Nə atam, nə də anam razı idilər sürücü olmağıma. Təsəvvür edin, 1975-ci ildə sürücülük məktəbinə yazılanda 200 oğlanın içində yeganə xanım mən idim. İmtahanlardan uğurla keçdim, ilk maşınım da "ZiL" markalı yük avtomobili olub. Sonra "Volqa" ilə taksi sürücüsü işlədim. Məni bütün Qubada tanıyırdılar. Şimal bölgəsinin ilk avtomobil sürən qadını kimi tarixə düşmüşəm".

Qeyd edək ki, AYNA ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə qadınlar üçün yeni təlim proqramına başlayıb. Belə ki, artıq dünəndən etibarən avtobus sürücüsü olmaq istəyən qadınlar nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.


Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










