Sinxua: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətti strateji dəhliz olacaq

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi təkcə irimiqyaslı infrastruktur təşəbbüsü deyil, həm də Mərkəzi Asiyada regional əlaqəni və iqtisadi transformasiyanı gücləndirməyə kömək edəcək əsas strateji dəhliz olacaq. Avtosfer.az xəbər verir ki, Çinin rəsmi Sinxua agentliyi bu barədə “Özbəkistan Dəmir Yolları” QSC-nin İdarə Heyəti sədrinin müşaviri, iqtisad elmləri doktoru Narbuta Babaxalova istinadla yazıb.
Agentliyin məqaləsində deyilir: “Layihə Özbəkistan üçün xüsusi maraq doğurur, çünki o, Şərqlə Qərbi birləşdirərək regionda nəqliyyat və logistikanın inkişafı üçün yeni perspektivlər açır. Bu layihənin Çin, Qırğızıstan və Özbəkistanın tərəfindən birgə həyata keçirilməsi siyasi etimadın yüksək səviyyəsini və praqmatik tərəfdaşlıq ruhunu əyani şəkildə nümayiş etdirir”.
Məqalədə sözügedən marşrutun Özbəkistan üçün strateji əhəmiyyət daşıdığı vurğulanıb. Dəmir yolu xətti Cənubi və Cənub-Şərqi Asiyaya yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaldacaq, logistika xərclərini minimuma endirəcək və mövcud nəqliyyat marşrutlarının məhdudiyyətlərini aradan qaldıracaq.
Həmçinin qeyd edilib ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu “Kəmər və yol” təşəbbüsünün region ölkələrinin davamlı inkişaf proqramları ilə vəhdətinin bir hissəsinə çevrilir. “Bu layihə siyasi koordinasiyaya, transsərhəd əməkdaşlığın genişləndirilməsinə və regional inteqrasiyanın dərinləşməsinə töhfə verəcək” – deyə mütəxəssis vurğulayıb.
Çin tərəfi Özbəkistanın maraqlarına uyğun olaraq və yerli resursları, habelə mütəxəssisləri fəal şəkildə cəlb etməklə qabaqcıl texnologiyalar və avadanlıqlar təqdim edir. Bu, regionda iş yerlərinin yaradılmasına, istehsal zəncirlərinin formalaşmasına şərait yaradır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












