Şirkət 32,7 milyard dollarlıq “Boeing” təyyarəsi alacaq

Cənubi Koreyanın bayraq daşıyıcı şirkəti olan “Korean Air” təyyarə və ehtiyat hissələrinin alışı üçün “Boeing” və “GE Aerospace” şirkətləri ilə 32,7 milyard ABŞ dolları dəyərində müqavilə imzalayacaq.
Avtosfer.az Cənubi Koreya mediasına istinadla xəbər verir ki, razılaşmaya əsasən “Korean Air” 2033-cü ilədək 20 ədəd “Boeing 777-9” və 20 ədəd “Boeing 787-10” təyyarəsi alacaq. Əlavə 10 təyyarənin alınması da planlaşdırılır. Bu təyyarələr üçün Cənubi Koreya şirkəti “Boeing”ə 24,9 milyard dollar ödəyəcək. “GE Aerospace” şirkəti isə 7,8 milyard dollarlıq ehtiyat hissələri tədarük edəcək.
Qeyd edək ki, “Korean Air” şirkətinin parkında 167 təyyarə var. Onlar arasında “Boeing”in 737, 747, 787 və 777 modelləri də var. Şirkət yerli uçuşlarla yanaşı, dünyanın 44 ölkəsində 126 şəhərə uçular həyata keçirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












