Şirvanda dəhşətli QƏTL: Qadının ağzını, əllərini skoçla bağlayıb...

Fevralın 5-də səhər saatlarında Şirvan şəhər ərazisində 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin skoçla bağlı vəziyyətdə meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Avtosfer.az-a Şirvan şəhər prokurorluğundan məlumat verilib.
Hadisənin təfərrüatlarının və cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi məqsədilə prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlər"lə açılması təmin edilərək, Durna Dadaşovanı qəsdən öldürməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunub.
İstintaqla 1993-cü il təvəllüdlü Surxay Seyfullayevin tanışı 1988-ci il təvəllüdlü Elçin Əhədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında fevralın 4-dən 5-ə keçən gecə saatlarında tamah məqsədi ilə E.Əhədovun qonşusu Durna Dadaşovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Surxay Seyfullayev və Elçin Əhədov şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunub.
Prokurorluq və polis əməkdaşları tərəfindən Elçin Əhədovun yaşadığı evə baxış keçirilib, onun evindən D.Dadaşovanın mənzilində olmuş müşahidə kamerasının yaddaş aparatı və digər maddi sübutlar aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq










