Şirvanda mağazalardan çoxlu sayda telefon oğurlayan şəxslər tutulub

Şirvanda telefon mağazalarından oğurluq edən şəxslər saxlanılıb
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki gün əvvəl şəhər ərazisində yerləşən mobil telefon satışı mağazalarının birindən 11 ədəd mobil telefon, 2 ədəd smart saat, 1 ədəd planşet, eləcə də müxtəlif sayla telefon aksessuarları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elbrus Zeynalov və Altay Xeyirxəbərov saxlanılıblar.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər.
Saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər bir cinayətlərinin üstü də açılıb. Araşdırmalar zamanı məlum olub ki, E.Zeynalov və A.Xeyirxəbərov sentyabr ayının əvvəlində də Şirvan şəhəri ərazisində analoji oğurluq hadisəsini törədərək, mağazaların birindən 15 ədəd mobil telefon və 1 ədəd planşet oğurlamaqla zərərçəkmişə 5030 manat maddi ziyan vurublar. Həmin şəxslər hər iki oğurluq hadisəsi zamanı əldə etdikləri qənimətləri isə dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları həmin şəxslərin respublikanın digər bölgələrində də analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO










