Şirvanda vəzifəli şəxslər barədə cinayət işi məhkəməyə göndərildi

Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Kombinatı Müəssisəsinin rəisi Vəliyev Aqil Rəhimdil oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Aqil Vəliyevin və müəssisənin baş mühasibi Şərbətov Tural Kamil oğlunun qabaqcadan əlbir olaraq 2016-2019-cu illərdə müəssisəyə ümumilikdə 92 nəfər şəxsi işə qəbul olunmuş kimi rəsmiləşdirməklə, həmin şəxslərin adına olan plastik hesab kartlarına köçürülmüş ümumilikdə 186 min 773 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Aqil Vəliyev və Tural Şərbətova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək, cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İstintaq zamanı cinayət nəticəsində dəymiş 186 min 773 manat məbləğində maddi ziyanın dövlət büdcəsinə tam həcmdə ödənilməsi təmin edilib.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












