Sıxılmış qazla işləyən avtomobillər havanı daha az çirkləndirir

Hazırda havanı daha çox çirkləndirən mənbələrdən biri avtonəqliyyat vasitələridir. Avtonəqliyyat ətraf mühitə olduqca mənfi təsir göstərir. İqtisadiyyat inkişaf etdikcə, şəhərlər böyüdükcə nəqliyyat vasitələrinin çoxalması problemi kəskin hal alır. Bu nəqliyyat vasitələrinin çoxalması nəticəsində küçələrdə yaranan tıxaclar atmosfer havasında dayanıqlı çirklənməyə səbəb olur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib ki, ölkənin atmosfer havasına avtonəqliyyatdan atılan çirkləndiricilərin miqdarı 1993-cü illə müqayisədə iki dəfəyədək artıb.
“Aparılmış hesablamalar nəticəsində məlum olub ki, eyni miqdarda benzin və dizelin yandırılması zamanı, dizel yanacağında atmosferə atılan çirkləndiricilərin miqdarı dəfələrlə çoxdur”.
V.Əliyevin sözlərinə görə avtonəqliyyatdan istifadə zamanı bir ton benzin yandıqda havaya azot-4 oksid 20 kq, kükürd qazı 1.6 kq, karbohidrogenlər 34 kq, bərk hissəciklər (his, qurum) 2 kq, aldehidlər (üzvü turşular) 1.4 kq atılırsa,bir ton dizel yandıqda isə havaya azot-4 oksid 33 kq, kükürd qazı və aldehidlər altı kq, karbohidrogenlər 20 kq, bərk hissəciklər 16 kq atılır.
Xidmət rəsmisi onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən “Baku Bus” şirkətinin istifadə etdiyi sərnişindaşıma vasitələrində sıxılmış qazdan istifadə edilməsi təqdirəlayiqdir. Belə ki, bu yanacağın yandırılması zamanı atmosfer havası digər yanacaq növləri ilə müqayisədə daha az çirklənir.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










