Siyəzəndə polis gücləndirilmiş iş rejimində xidmət aparır

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ölkədə elan edilən karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir, gücləndirilmiş iş rejimində xidmət aparırlar.
Daxili İşlər Nazirliyinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları mütəmadi olaraq rayon ərazisində açıq havada, küçə və prospektlərdə, eləcə də ticarət mərkəzlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə bağlı reydlər keçirir, onlara COVID-19 infeksiyasının fəsadları və tibbi maskadan istifadənin zəruriliyi bərədə məlumat verir, özlərinin və yaxınlarının sağlamlıqları üçün mövcud qaydalara mütləq qaydada riayət etmələrinin vacibliyini çatdırırlar.
Lakin pandemiyanın ölkə ərazisində yayılmasının ilk günlərindən başlayaraq rayon ərazisində keçirilən reydlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozmaqda davam edən şəxslər aşkarlanıb və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Belə ki, cari ilin yanvar ayının birinədək rayon ərazisində karantin qaydalarını pozan 1052 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq cərimə protokolları tərtib olunub və həmin şəxslər məsuliyyətə cəlb olunublar.
Bundan əlavə şöbə əməkdaşları tərəfindən rayon ərazisində mövcud karantin qaydalarını pozaraq fəaliyyət göstərən beş kafe-restoran aşkarlanıb və qaydaları pozan obyekt sahibləri, eləcə də müştərilər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin bir yas və bir qonaqlıq məclisinin təşkil edilməsi aşkarlanıb və dərhal qanun pozuntusunun qarşısı alınıb.
Qeyd edilən müddət ərzində RPŞ-nin əməkdaşları tərəfindən yaşayış yerini tərk edərək pandemiyanın yayılmasına şərait yaradan dörd nəfər aktiv COVID-19 xəstəsinin qanunazidd hərəkətinin qarşısı alınıb və onlar barəsində İstintaq Bölməsində cinayət işi başlanılıb.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












