Son 5 ildə Bakı Limanında TIR aşırılması 5 dəfə artıb

Xəbərlər 24 Fevral 2021 18:26 Oxunub 610
Son 5 ildə Bakı Limanında TIR aşırılması 5 dəfə artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2020-ci ildə koronavirus (COVİD-19) pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20% artıb.

Avtosfer.az xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Amerika-Azərbaycan Ticarət Palatasının üzvləri ilə onlayn görüşdə deyib.

Onun sözlərinə görə, ötən il aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olub.

" Hesabat dövründə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı keçən ilin müvafiq dövrünə nisbətən 28% artaraq 43 218 ədəd olub. Aşırılan konteynerlərin sayı isə 15% artımla TEU ekvivalentində 40 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711.7 min ton təşkil edib. Beləliklə, son 5 ilin göstəriciləri ilə müqayisədə iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında aşırılan yüklərin həcmində isə 3,5 dəfə artım qeydə alınıb", - deyə o, qeyd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh