“Sonsuz üfüqlərə doğru” - AZAL yeni vizual manifestini təqdim edib - VİDEO

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları şirkətin dəyərlərini, korporativ kimliyini və gələcəyə baxışını əks etdirən yeni imic çarxını ictimaiyyətə təqdim edib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Çarx milli aviadaşıyıcının prinsipləri və gələcəyə baxışını ifadə edən brend manifestidir.
Son illər Azərbaycan Hava Yolları ardıcıl inkişaf mərhələsini yaşayır. Donanmanın müasir hava gəmiləri ilə gücləndirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi, xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi və insan kapitalına yatırımlar şirkətin strateji inkişaf kursunun əsas istiqamətlərini təşkil edir.
Yeni imic videosu bütün bu dəyişikliklərin arxasında dayanan əsas ideyanı əks etdirir. O, milli aviaşirkətin kim olduğunu, nəyə inandığını və gələcəyə hansı dəyərlərlə irəlilədiyini vizual hekayədə təqdim edir.
Filmdə şirkətin fəaliyyətinin əsasını təşkil edən təhlükəsizlik, peşəkarlıq, məsuliyyət, komanda işi və davamlı inkişaf prinsipləri ön plana çıxarılır. Məhz bu dəyərlər hər gün minlərlə əməkdaşın əməyində, qəbul edilən qərarlarda və sərnişinlərə təqdim olunan xidmətlərdə öz əksini tapır.
Eyni zamanda, video Azərbaycan Hava Yollarının milli aviadaşıyıcı kimi missiyasına da toxunur. Şirkət Azərbaycanı dünya ilə birləşdirən hava körpüsü olmaqla yanaşı, ölkəmizin mədəniyyətini və qonaqpərvərliyini beynəlxalq auditoriyaya təqdim edən brend kimi çıxış edir.
Vizual hekayə aviaşirkət üçün uçuşun yalnız bir nəqliyyat xidməti olmadığını, etimad, məsuliyyət və yüksək xidmət mədəniyyəti üzərində qurulan bütöv bir təcrübə olduğunu vurğulayır. Bu yanaşma şirkətin gələcək inkişaf strategiyasının da ayrılmaz hissəsidir.
Videonu izləmək üçün keçidə daxil ola bilərsiniz:
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












