Sumqayıt-Yalama dəmiryol xəttinin yenidənqurma işləri nə vaxt tamamlanacaq?

Şimal–Cənub dəhlizi üzrə işlər Azərbaycanın strateji rolunu daha da gücləndirir.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Şimal–Cənub nəqliyyat dəhlizi üzrə görülən işlərdən danışarkən bildirib.
Onun sözlərinə görə, dəhliz çərçivəsində həyata keçirilən infrastruktur layihələri Azərbaycanı regionun Şimal və Cənub ticarət axınlarını birləşdirən strateji nəqliyyat qovşağı kimi daha da önə çıxarır.
R. Rüstəmov qeyd edib ki, Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidənqurma işləri ilin sonuna qədər tamamlanacaq: "Sumqayıt–Yalama xətti Şimal–Cənub dəhlizinin Azərbaycan üzərindən keçən seqmentinin ən vacib hissələrindən biridir. Bu layihənin başa çatdırılması daşımaların sürətini və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq."
ADY sədrinin sözlərinə görə, qurum İran ərazisində Astaradakı yük terminalının tikintisi ilə bağlı da geniş işlər görüb: "Astaradakı terminal üzrə işlərin böyük qismi artıq yekunlaşıb. Tikintinin tam başa çatdırılması 2026-cı ilin ilk rübünə planlaşdırılır".
R. Rüstəmov əlavə edib ki, cari ilin fevral ayından etibarən Bakı Beynəlxalq Dəniz Limanının "Azərbaycan Dəmir Yolları"na inteqrasiyası nəqliyyat sistemində vahid idarəetmənin gücləndirilməsinə xidmət edir.
O bildirib ki, limanın genişləndirilməsi və onu müasir logistika mərkəzinə çevirmək istiqamətində işlər dəhlizin səmərəliliyini artıran əsas komponentlərdəndir: "Bakı Limanı bu gün yalnız Azərbaycanın deyil, bütün regionun qlobal ticarət zəncirinə inteqrasiyasında əsas düyün nöqtəsidir. İnfrastruktur imkanları, rəqəmsal idarəetmə sistemi, ‘yaşıl liman" konsepsiyası Avropa və Asiya arasında yük axınlarının optimallaşdırılmasına şərait yaradır".
Onun sözlərinə görə, liman Ələt Logistika Zonasının imkanları ilə birlikdə Orta Dəhlizin dayanıqlı və effektiv fəaliyyəti üçün əsas dayaq nöqtələrindən birinə çevrilib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












