Sumqayıtda tanışını öldürən şəxs 13 il müddətinə azadlıqdan məhrum edildi - VİDEO

Tanışını öldürən şəxs 13 il azadlıqdan məhrum edilib.
2019-cu il sentyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, ayın 25-i saat 21:00 radələrində Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarov kəsilmiş-deşilmiş yaralanma ilə xəstəxanaya gətirilib və orada vəfat edib.
Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törədən şəhər sakini Mətləb Qədimov saxlanılıb.
Şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Şəhriyar Eldarovun (1990-cı il təvəllüdlü) ölümünə - ürəyin zədələnməsi nəticəsində baş vermiş daxili qanitirmə səbəb olub. Qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 1,4 faiz 0 etil spirti aşkar edilib ki, bu da müvafiq cədvəl üzrə yüngül dərəcəli sərxoşluğa uyğun gəlib. Narkotik maddə aşkar edilməyib.
İstintaqla müəyyən edilib ki, sentyabrın 25-i saat 21:00 radələrində Fərrux Qayıbov küçəsindəki 19 №-li binanın qarşısında Mətləb Qədimov tanışı Şəhriyar Eldarovun sərxoş vəziyyətdə, ona tərs-tərs baxdığını deyərək üzərinə gəlib, bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirməsindən hiddətlənib. Əlbəyaxa olduqları vaxt üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış və soyuq silah hesab edilməyən bıçaqla qisas məqsədi ilə qəsdən Şəhriyar Eldarova ardıcıl iki zərbə vurub, onu həyatdan məhrum edib.
Məhkəmə prosesində Mətləb Qədirov əməlindən peşman olmasını bildirib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qeyd edib. Məhkəmə Mətləb Qədirovun Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Qədimov (1995-ci il təvəllüdlü) cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunub.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












