“Suraxanı Maşınqayırma Zavodu”nun səhmlərinin əmək kollektivinə güzəştli satışına başlanılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azneftkimyamaş” ASC-nin tabeliyində olan “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin səhmlərinin 15 %-nin əmək kollektivinə güzəştli satışını elan edib. Avtosfer.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 2 manat olan 1 413 005 ədəd səhmdən gedir. Qiymətli kağızları əsas iş yeri həmin müəssisə sayılan işçilər, qanunvericiliyə uyğun olaraq, həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər, 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər ala bilər. Güzəştli satışa sifarişləri müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası 23 sentyabr – 17 oktyabr 2025-ci il tarixlərində qəbul edəcək. Güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvlərindən və onlara bərabər tutulan şəxslərdən “Qiymətli kağızlar bazarı haqqında” qanuna müvafiq olaraq investisiya şirkətlərində depo hesabın açılması tələb olunur. Güzəştli satışın yekunlarını təsdiq etmək üçün oktyabrın 17-də müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Güzəştli satışın yekun sənədləri Hərracların Təşkili Mərkəzinə təqdim edilməlidir. Hər hansı səbəbdən müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadıqda, həmin səhmlər qanunvericiliyə uyğun olaraq istifadə olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












