Sürücülük vəsiqəsini imtahansız da almaq olar – BU YOLLA

Rusiyada sürücülük vəsiqələrinin verilməsi qaydaları sərtləşdikdən sonra bu sənədi əldə etməyin asan üsulu tapılıb.
Avtosfer.az xəbər verir ki, bir çox rus məzuniyyət vaxtı xaricə səfər edərkən vətənə sürücülük vəsiqəsi ilə qayıdır. Mexanizm çox da mürəkkəb deyil: sürücülük vəsiqəsinin əldə edilməsi asan olan ölkəyə səyahət et, vəsiqəni al (sözün birbaşa mənasında – müəl.) və vətənə qayıt. Təbii ki, bir neçə günlük xaricə gedən şəxs vəsiqəni rüşvətlə alacaq. Bu səbəbdən, elə ölkə seçmək lazımdır ki, həm vəsiqəni pulla almaq mümkün olsun, həm də sənəd Rusiyada tanınsın. Əlverişli məkan MDB ölkələridir.
Rusiyalı hüquqşünaslara görə ölkəyə qayıtdıqdan sonra yeganə iş bu sənədi Rusiyada tanıtmaq olur. Əgər sənəd saxta deyilsə, tanınma heç bir çətinlik yaratmır. A və B kateqoriyaları üçün əlavə imtahan tələb olunmur.
İşin pis tərəfi budur ki, bir tərəfdən Rusiyanın sürücülük məktəblərində müdavim sayı azalır, digər tərəfdən yollarda qayda bilməyən sürücülərin sayı artır.
Vüqar Yaşaroğlu
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












