Şuşada 10 yeni bina tikilir - FOTO - VİDEO

Şuşa şəhərində 10 yeni bina inşa olunur.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini Vüqar Məhərrəmov bildirib.
Onun sözlərinə görə, yeni binalar Şuşada Qarabağ küçəsində sovet dövründə inşa edilmiş köhnə binalar sökülərək inşa olunur: “Onların yerində çox gözəl memarlıq üslubunda binalar tikilir. Bu binalar dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa olunur. 10 ədəd binadır, onlardan ikisinin sifarişçisi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, digər 8-i isə investorlardır. Binalar hotel tipli, apart hotel tipli, ofis binaları, qeyri-yaşayış məkanları və restoran-kafe kimi fəaliyyət göstərəcək”.
V. Məhərrəmov qeyd edib ki, binaların tikintisində Şuşa daşlarından istifadə olunub. Binalar Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılıb.
Daha ətraflı süjetdə:






Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












