Şuşaya qədər döyüş yolu keçmiş qəhrəman - VİDEO

Xüsusi tapşırığa əsasən günlərlə meşəlik ərazidə yol gediblər. Plan ermənilərə gələn dəstəyin qarşısını almaq olub. Gizli ərazilərdə ac-susuz qalsalar da, tapşırığı məharətlə yerinə yetiriblər. Ermənilərin maşın karvanlarını məhv ediblər. Yerləri bilinəndən sonra düşmən tərəfindən onlara minamyot mərmiləri yağdırılıb. Nəticədə ağır yaralanan Emil İsgəndərov şəhid olub.
Avtosfer.az xezerxeber.az-a istinadən bildirir ki, gizli yollarla ermənilərin mövqelərinin də arxasına keçərək onlara əsas yoldan gələn dəstək kalonlarının qabağını kəsiblər. Silah və ərzaq gətirən avtomobilləri məhv ediblər. Həmin qrupda qəhrəmanlıq göstərən və şəhid olan hərbçilərimizdən biri Sumqayıt sakini Emil İsgəndərov olub.
Daxili Qoşunların ilk Xüsusi Təyinatlısı gizir Emil İsgəndərov müharibənin ilk günündən Füzuli, Qubadlı və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Tapşırıq gələndə isə Şuşa istiqamətində döyüşlərə başlayıb. Emil də daxil olmaqla, igidlərdən ibarət qrup meşəlik ərazidən düşmən tərəfə keçərək onlara gələn köməyin qarşısını alıblar.
Emil Şuşa əməliyyatında iştirak edən döyüş zamanı qolundan snayper gülləsi ilə yaralanıb. O, yaralanmasına baxmayaraq, özü öz qolunu sarıyıb və yoldaşları ilə döyüşü davam etdirib. Lakin bu dəfə gizir Emil İsgəndərovun yanında minamyot mərmisi partlayıb və yarası daha ağır olub. Bütün cəhdlərə rəğmən gizir Emil İsgəndərovun həyatını xilas etmək mümkün olmayıb. O, noyabırın 4-də şəhidlik zirvəsinə yüksəlib.
Gizir Emil İsgəndərov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub. "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycanda yeni ehtiyac meyarı müəyyənləşir
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO












